Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İrəvan – qəlbimdə yaşayan yurdum” kitabı çapdan çıxıb
02.06.2026 10:02
  • A-
  • A
  • A+

“İrəvan – qəlbimdə yaşayan yurdum” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin baş mütəxəssisi Zərifə Haqverdiyevanın müəllifi olduğu “İrəvan – qəlbimdə yaşayan yurdum” kitabı işıq üzü görüb.

Kitabda qədim Azərbaycan şəhəri İrəvanın tarixinə nəzər salınmış, bu şəhərdə baş verən hadisələr haqqında qısa məlumat verilmişdir. Z.Haqverdiyevanın uşaqlıq illərinə dair xatirələrinin yer aldığı kitabda eyni zamanda müəllifin babası – İrəvanın tanınmış bəylərindən biri olmuş, xeyriyyəçi əməlləri ilə hər kəsin rəğbətini qazanmış Məşhədi Teymur və onun ailəsinin keçdiyi ağır həyat yolu işıqlandırılmışdır.

Müəllif ərsəyə gətirdiyi kitabı atası Adil Məmmədov və anası Sidiqə Məmmədovanın əziz xatirəsinə ithaf edib.

Qeyd edək ki, yeni nəşrin redaktoru fil.e.d., professor Raqub Kərimov, rəyçiləri tarix e.d., dosent Tahirə Həsənzadə və fil.ü.f.d. Tünzalə Seyfullayevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: