Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kimya İnstitutunun kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Ümid Yeri”ni  ziyarət ediblər
01.06.2026 12:01
  • A-
  • A
  • A+

Kimya İnstitutunun kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Ümid Yeri”ni ziyarət ediblər

AR Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun bir qrup əməkdaşı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü  ilə əlaqədar “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət ediblər.

Tədbir institut rəhbərliyinin dəstəyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi sosial qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək göstərmək, onların bayram sevincini bölüşmək, uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtmək, eyni zamanda cəmiyyətdə sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfə vermək olub. Belə ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir.

Ziyarət çərçivəsində Kimya İnstitutunun əməkdaşlarının dəstəyi ilə təşkil olunan ianə kampaniyası nəticəsində müxtəlif hədiyyələr və zəruri ləvazimatlar əldə edilərək sığınacaqda yaşayan uşaqlara təqdim edilib. Eyni zamanda institut əməkdaşları gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla birlikdə əyləniblər. Sığınacağı ziyarət edənlər uşaqlarla səmimi ünsiyyət qurub, onların gündəlik həyatı, maraq dairələri və gələcək arzuları ilə yaxından maraqlanıblar. Görüş zamanı uşaqların sevinc və təbəssümü tədbirin ən yaddaqalan məqamlarından biri olub. Bu tədbirlər gənc nəslin sağlam, təhlükəsiz və qayğıkeş mühitdə formalaşmasına, həmçinin cəmiyyətdə həmrəylik və sosial məsuliyyət dəyərlərinin möhkəmlənməsinə xidmət edir.

Qeyd olunmalıdır ki, uşaqların hüquqlarının qorunması, onların xoşbəxt, sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi hər bir cəmiyyət üzvünün ortaq məsuliyyətidir.

Belə görüşlər göstərir ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.

  • Paylaş: