AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında ilk nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində “2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi artacaq” sərlövhəli geniş icmal, yer alıb.
Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına ünvanladığı təbriklər, eləcə də AMEA Rəyasət Heyətinin iclaslarında müzakirə olunan məsələlərə dair yazılar təqdim olunub.
Oxucular bu sayda “AMEA ilə Özbəkistanın Asiya Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb”, “İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim olunub” və “AMEA-da “44 gün: Qarabağ işğaldan – azadlığa” kitabının təqdimatı” sərlövhəli materiallarla tanış ola bilərlər.
Qəzetdə, həmçinin akademik İsa Həbibbəylinin iştirak etdiyi VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı, “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans, AMEA və “Springer” nəşriyyatı arasında əməkdaşlıq görüşü, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən çoxsaylı xəbər və analitik materiallar dərc edilib.
Bundan əlavə, nəşrdə oxuculara “Yarımkeçiricilər fizikasının elmi məktəbini yaratmış alim” və “Elmdə yaşanan ömür” başlıqlı məqalələr təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.