Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin məqaləsi Oksford jurnalında ən çox istinad olunan iş seçilib
08.06.2026 14:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi Oksford jurnalında ən çox istinad olunan iş seçilib

Riyaziyyat İnstitutunun “Riyazi analiz” laboratoriyasının aparıcı elmi işçisi Namiq Quliyevin 2023-cü ildə dərc olunmuş məqaləsi Oksford Universitetinin “The Quarterly Journal of Mathematics” jurnalında son beş ildə dərc olunmuş elmi işlər arasında ən çox istinad olunan məqalədir. Bu barədə məlumat jurnalın giriş səhifəsində əks olunmuşdur: academic.oup.com

XIX əsrdən etibarən Kembricdə mövcud olmuş iki riyaziyyat jurnalının birləşməsi nəticəsində 1930-cu ildə yaradılmış bu jurnalda bu günə qədər də dünyanın ən görkəmli alimlərinin əsərləri çap olunmaqdadır.

Müəllifin “Bessel tipli sinqulyarlıqlar və spektral parametrdən asılı olan sərhəd şərtləri bir medalın iki üzüdür” adlı məqaləsində göstərilmişdir ki, indiyə qədər ayrı-ayrılıqda tədqiq olunan bu iki növ spektral məsələni əslində ümumi bir çərçivə daxilində araşdırmaq mümkündür. Bunun nəticəsi olaraq da sərhəd şərtlərində spektral parametr olan məsələlərə aid hər hansı spektral nəticəni dərhal Bessel tipli (tərs kvadratik) sinqulyarlığı olan məsələlər üçün (və əksinə) almaq imkanı yaranır.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: