Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
12.06.2026 12:00
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan dövlətçiliyində dönüş yaradan tarix” sərlövhəli geniş icmal yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə Arxeologiya və Antropologiya İnstitutunda arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılışına həsr olunmuş tədbir, “Məktəb, elm və ədəbiyyat” layihəsinin növbəti görüşü, Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, respublika səhiyyəsinin təşkilatçılarından biri, akademik Vəli Axundovun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir və AMEA, Türk Dünyası İşadamları Birliyi və "Compnet" MMC arasında görüşə dair yazılar təqdim olunub.

Oxucular bu sayda “Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində memarlıq, şəhərsalma və milli dəyərlər” mövzusunda tədbir, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı və “İslamın müqəddəs mərkəzi - şəhərsalma və memarlıq” kitabının təqdimatı barədə materiallarla tanış ola bilərlər.

Bundan əlavə, nəşrdə akademik İsa Həbibbəylinin müəllifi olduğu “Nəzəri dərinlik və ədəbi-tarixi qaynaqlara qayıdış sorağında” başlıqlı məqalə, həmçinin Akademiyanın ictimai həyatını əks etdirən çoxsaylı xəbər və analitik materiallar təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər, eləcə də NASA-nın böyük tədqiqat laboratoriyası olan Goddard Kosmik Uçuşlar Mərkəzində elmi fəaliyyətini davam etdirən gənc alimlə müsahibə dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: