Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Misirin İslam Mədəniyyəti Universitetinin Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda görüşlər keçirib
16.06.2026 17:18
  • A-
  • A
  • A+

Misirin İslam Mədəniyyəti Universitetinin Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda görüşlər keçirib

Misirin Nur-Mübarək İslam Mədəniyyəti Universitetinin Qazaxıstanın Almatı şəhərində yerləşən Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin rəhbəri Şamşəddin Kərim iyunun 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Misirli alim AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

Şamşəddin Kərim rəhbərlik etdiyi Mərkəz barədə danışıb. Akademik G.Baxşəliyeva isə Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar, xüsusən də ərəbşünaslıq və türkologiya sahəsində görülən işlər barədə qonağa məlumat verib. Ş.Kərim Şərqşünaslıq İnstitutunun fəaliyyətindən məmnun qaldığını bildirib.

Ş.Kərim daha sonra Şərqşünaslıq İnstitutunun elmi şöbələrində əməkdaşlarla görüşərək aparılan tədqiqatlar barədə söhbət edib, fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: