Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun "Funksiyalar nəzəriyyəsi" laboratoriyasının müdiri Vüqar İsmayılovun müəllifi olduğu üç məqalə 2026-cı ildə riyaziyyat və kompüter elmləri üzrə nüfuzlu beynəlxalq elmi jurnalların xüsusi siyahılarında yer almışdır.
V.E. Ismailov, A three layer neural network can represent any multivariate function, Journal of Mathematical Analysis and Applications, 523 (2023), no. 1, Article 127096. Bu məqalə jurnalın Most Popular siyahısına daxil edilmişdir. https://www.sciencedirect.com/journal/journal-of-mathematical-analysis-and-applications
V.E. Ismailov, Approximation error of single hidden layer neural networks with fixed weights, Information Processing Letters, 185 (2024), Article 106467. Bu məqalə jurnalın Top Cited siyahısında yer almışdır. https://www.sciencedirect.com/journal/information-processing-letters
V.E. Ismailov, Universal approximation theorem for neural networks with inputs from a topological vector space, Information Processing Letters, 193 (2026), Article 106623. Bu məqalə jurnalın Most Downloaded siyahısına daxil edilmişdir. https://www.sciencedirect.com/journal/information-processing-letters
Qeyd olunan göstəricilər laboratoriyada aparılan tədqiqatların riyazi analiz, informasiyanın emalı və süni intellekt sahələrində çalışan dünya tədqiqatçıları tərəfindən maraqla qarşılandığını və elmi ədəbiyyatda istifadə edildiyini göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.