Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
20.06.2026 09:30
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına ünvanladığı müraciət yer alıb.

Nəşrin növbəti səhifələrində “Elmi fəaliyyətin qiymətləndirilməsində yeni mexanizmlərin tətbiqi müzakirə olunub” sərlövhəli Rəyasət Heyətinin iclasına, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Türkmənistanın Elm Gününə həsr edilmiş beynəlxalq elmi konfransda və "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" konfransında iştirakına dair yazılar təqdim olunub.

Bu sayda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir” başlıqlı açıqlaması, AMEA-nın Şərqşünaslıq, Arxeologiya və Antropologiya institutlarında, eləcə Mərkəzi Elmi Kitabxanada 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbirlər, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycanda alman memarlığı" mövzusunda beynəlxalq konfrans, AMEA-nın Naxçıvan, Gəncə bölmələrində və Şəki Regional Elmi Mərkəzində keçirilən tədbirlərlə bağlı informasiyalar yer alır.

Bundan əlavə, nəşrdə “Milli yaddaşın yorulmaz tədqiqatçısı”, “Neft şəhərinin qoynunda başlayan ömür” başlıqlı məqalələr, həmçinin Akademiyanın ictimai həyatını əks etdirən analitik materiallar və yeni nəşrlərlə bağlı xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: