Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimya İnstitutunun əməkdaşları Q1 kvartilində indekslənən jurnallarda rəyçi sertifikata layiq görülüblər
24.06.2026 11:52
  • A-
  • A
  • A+

Kimya İnstitutunun əməkdaşları Q1 kvartilində indekslənən jurnallarda rəyçi sertifikata layiq görülüblər

AR ETN Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal–polimer katalizatorları laboratoriyasının elmi işçiləri Nigar Şixverdiyeva və Həcər Aslanova Q1 kvartilində indekslənən beynəlxalq jurnallarda rəyçi kimi öz töhfələrini veriblər.

Nigar Şixverdiyeva yaşıl kimya və kataliz sahəsində tanınmış beynəlxalq elmi jurnal olan Green Synthesis and Catalysis jurnalında rəyçi qismində iştirak edərək sertifikatı ilə mükafatlandırılıb. Eyni zamanda, beynəlxalq məqalələrə 6 ay ərzində 1 ay müddətinə ödənişsiz giriş icazəsi verilib. Qeyd edək ki, Green Synthesis and Catalysis jurnalı Elsevier-in ScienceDirect platformasında nəşr olunur və KeAi Publishing tərəfindən yayımlanır. Jurnal yaşıl sintez, dayanıqlı texnologiyalar və kataliz sahələrində yüksək keyfiyyətli elmi tədqiqatların dərc olunduğu nüfuzlu nəşrlərdən biridir, Web of Science və Scopus kimi aparıcı beynəlxalq elmi bazalarda indekslənir.

Həcər Aslanova kataliz sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq elmi jurnal olan ChemCatChem jurnalında rəyçi qismində iştirak edib. Jurnal Wiley-VCH / Chemistry Europe tərəfindən nəşr olunur, homogen, heterogen, bio- və nanokataliz sahələrində aparılan yüksək səviyyəli elmi tədqiqatların dərc olunduğu nüfuzlu elmi nəşrlərdən biridir. Bu jurnal Web of Science və Scopus beynəlxalq elmi bazalarda indekslənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: