Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK Belarus Mərkəzi Elmi Kitabxanasına Azərbaycanla bağlı nəşrlər göndərib
29.06.2026 14:45
  • A-
  • A
  • A+

MEK Belarus Mərkəzi Elmi Kitabxanasına Azərbaycanla bağlı nəşrlər göndərib

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Kitabxananın prioritet istiqamətlərindən biri dünya ölkələrinin kitabxanaları və kitabxana işinin inkişafı ilə məşğul olan qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması, beynəlxalq kitab və informasiya resurslarının mübadiləsinin genişləndirilməsidir. Bu istiqamətdə MEK dünyanın bir sıra qabaqcıl ölkələrinin kitabxanaları, təşkilatları ilə davamlı və səmərəli əməkdaşlıq həyata keçirir.

Görülən işlərin davamı olaraq MEK tərəfindən Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanasına Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş nəşrlərdən ibarət kitablar göndərilib.

Qeyd edək ki, iki kitabxana arasında təcrübə mübadiləsi, çap və elektron nəşrlərin qarşılıqlı mübadiləsi, eləcə də informasiya dəstəyi sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə mövcuddur.

Hazırda MEK dünyanın 48 ölkəsini təmsil edən 131 təşkilatla səmərəli əməkdaşlıq həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: