Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Abdurrahman Aliy: 100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultayın elmi ruhu bu gün daha da güclənir
29.06.2026 16:00
  • A-
  • A
  • A+

Abdurrahman Aliy: 100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultayın elmi ruhu bu gün daha da güclənir

100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultayın ortaya qoyduğu elm və mədəniyyət ruhunun bu gün Türk dünyasının qurumları vasitəsilə daha da güclənərək gələcəyə daşınacağına ümidvarıq. Yunus Əmrə İnstitutu dünyanın 75-dən çox ölkəsində həyata keçirdiyi mədəni fəaliyyətlərlə Türkiyənin və ümumilikdə türk mədəniyyətinin beynəlxalq aləmdə daha güclü şəkildə tanıdılmasına xidmət edir.

Bu barədə Yunus Əmrə İnstitutunun prezidenti, professor Abdurrahman Aliyin iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən plenar iclasın iştirakçılarına müraciətində deyilib.

“Türkologiya Türk dünyasının ortaq yaddaşını elmi əsaslarla qoruyan və onu gələcəyə daşıyan strateji bir sahədir. Türkologiya kafedralarının dəstəklənməsi, universitetlərarası əməkdaşlıqlar, akademik proqramlar, simpoziumlar, konfranslar, yay məktəbləri, nəşr fəaliyyətləri və mədəni layihələr bu yanaşmanın real göstəricisidir”, - deyə müraciətdə qeyd edilib.

AzərTac

  • Paylaş: