Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika konfransının materialları nəşr olunub
30.06.2026 17:57
  • A-
  • A
  • A+

“Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika konfransının materialları nəşr olunub

AMEA-nın Gənclər Akademiyası və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı və AMEA-nın Rəyasət Heyətinin dəstəyi ilə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransının materialları nəşr olunub.

Nəşrdə konfrans çərçivəsində təqdim edilmiş məruzələr yer alıb. Məqalələrdə Azərbaycan türkologiya elminin formalaşması və inkişaf mərhələləri, Birinci Türkoloji Qurultayın elmi-mədəni əhəmiyyəti, görkəmli türkoloq alimlərin elmi irsi, eləcə də müasir türkologiyanın aktual problemləri və perspektiv istiqamətləri geniş şəkildə işıqlandırılıb.

Materiallar toplusunun Türk Dünyası Həftəsində işıq üzü görməsi nəşrə xüsusi məna və simvolik dəyər qazandırır. Toplu Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin təbliği, Azərbaycan türkologiya məktəbinin inkişaf ənənələrinin yaşadılması və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bu nəşr Gənclər Akademiyasının milli elmi irsin qorunması və təbliği, elmi varisliyin möhkəmləndirilməsi, eləcə də Azərbaycan elminin gələcək inkişafına töhfə vermək istiqamətində həyata keçirdiyi fəaliyyətlərin növbəti uğurlu nəticələrindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: