Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş respublika elmi konfransının materialları çap olunub
03.07.2026 15:35
  • A-
  • A
  • A+

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş respublika elmi konfransının materialları çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransının materialları çap olunub.

Topluda  professor Nadir Məmmədli “I Türkoloji Qurultaydan öncə – tarixi kontekst”, professor Mahirə Hüseynovanın “I Türkoloji Qurultayın 100 illik tarixinin ilk mərhələləri”, filologiya elmləri doktoru Baba Məhərrəmlinin “I Türkoloji Qurultayın tarixi önəmi”, Şükrü Haluk Akalının “I Türkoloji Qurultayın mirası”, professor İsmayıl Kazımovun “I Türkoloji Qurultayın türkologiyanın sonrakı inkişafına təsiri” və sair məqalələr yer alıb.

Topluda Nadir Məmmədli qeyd edir ki, Qurultay Azərbaycanın dünya türkoloji ictimaiyyəti qarşısında mühüm tarixi hadisə olmuş, ölkəmizin bu sahədəki mövqeyini və yerini nümayiş etdirmiş, türkoloji elmi-praktik mühitin miqyasını aydın şəkildə göstərmişdir. Bu Qurultay SSRİ-nin sərhədlərini aşaraq beynəlxalq miqyasa çevrilmişdir. Nəticə etibarilə, türk xalqlarının dili, ədəbiyyatı, etnoqrafiyası və coğrafiyasını araşdırmaq məqsədilə sistemli elmi tədbirlərin başlanğıcı oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: