AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında ilk nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciət yer alıb.
Nəşrin növbəti səhifələrində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində AMEA rəhbərliyinin iştirakı ilə keçirilən tədbirlərə dair yazılar təqdim olunub.
Bu sayda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Rəyasət Heyətində Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rokko Ronzani ilə görüşü, İraq Parlamentinin deputatı Ərşad Saleh və Pakistanın MUSLİM İnstitutunun direktor müavini Asif Tanver Avanla görüşü və AMEA ilə Albaniya Elmlər Akademiyası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi ilə bağlı informasiyalar yer alır.
Bundan əlavə, nəşrdə Rəyasət Heyətinin genişləndirilmiş iclası, Naxçıvan şəhərində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illiyi çərçivəsində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda respublika elmi konfransı, “Qədim irsdən müasir şəhərsalma modelinə: WUF13-də Azərbaycanın memarlıq və şəhərsalma vizyonu” başlıqlı məqalə, həmçinin Akademiyanın ictimai həyatını əks etdirən analitik materiallar və yeni nəşrlərlə bağlı xəbərlər təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.