AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnalda ilk olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş materiallar təqdim edilir. Burada akademik Gövhər Baxşəliyevanın və fəlsəfə üzrə fəlsəfə doktoru dosent Elnur Mustafayevin bu mövzuda müsahibələri və institutda keçirilmiş “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı barədə məlumat yer alır.
Jurnalın “Ədəbiyyat” bölməsində “İsmayıl Cəfərpur və onun poeziyası”, “Xalq şairi Süleyman Rüstəmin “Gülbahar” və Kərim Məşrutəçi Sönməzin “İsanin son şamı” poemalarındakı ideya birliyi”, “Uzaq Şərq” bölməsində “Azərbaycanın Şanxay Əməkdşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrinin inkişafı” və “XXI əsrdə Cənubi Koreyada partiya sisteminin təkamülü və Şimalla münasibətlər kontekstində siyasi prioritetlər”, “Şərq bu gün” rubrikasında “Kollektiv Qərbin və ABŞ-ın Yaxın Şərq böhranının həllində rolu” mövzusunda məqalələr dərc olunub.
Jurnaldan, həmçinin Şərqşünasıq İnstitutunun son nailiyyətləri, Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri istiqamətində ən yeni tədqiqatlar, institut əməkdaşlarının beynəlxalq elmi konfranslarda iştirakları barədə ətraflı məlumat almaq olar.
Jurnalda təqdim edilən akademik Gövhər Baxşəliyevanın müsahibəsində şərqşünaslıq elminin tarixi ənənələrinə və müasir dövrdə inkişaf istiqamətlərinə nəzər salınır.
Nəşrdə, həmçinin tanınmış İran şairəsi Foruğ Fərruxzadın şeirlərindən tərcümələr, Azərbaycanin taninmiş ərəbşünas alimi Vilayət Cəfərova həsr olunmuş məqalə, Şərqşünaslıq İnstitutunda çap olunan yeni kitablar və keçirilən konfranslar, tədbirlər, görüşlər barədə məlumat diqqətə çatıdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.