AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb.
Jurnalda filologiya, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.
“Filologiya” bölməsində Fikrət Süleymanoğlunun “Cənubi Azərbaycan poeziyasında vətənin bütövlüyü ideyası”, Aygül Mirzəyevanın “Qaqauz dilinin leksikasının tədqiqat tarixinə dair”, Nazim Mənsimovun “Farsdilli ədəbiyyatda türk sözləri” məqalələri dərc olunub.
“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsində Aytəkin Qəhrəmanova və Aslan İbrahimovun “Şahbuz rayonu və onun tarix və mədəniyyət abidələri haqqında”, Aynur Allahverdiyevanın “Atatürk dövrü Türkiyənin diplomatiyasının əsas istiqamətləri”, Elvin Qarayevin” Beynəlxalq təşkilatlar çərçivəsində terrorçuluqla mübarizənin sistemli xarakteri və onun problemləri, Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda məhkəmə-hüquq sistemi”, Elnarə Bünyatovanın “Milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsinin metodoloji xüsusiyyətləri”, Müqabil Məmmədovun “Uyğurların etnogenezinə dair təhlil” adlı məqalələri elmi ictimaiyyətin diqqətinə çatdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.