Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın Qarabağa qayıdış layihəsinin elmi təsviri “ERIH PLUS” bazasına daxil olan “European Journal of Economics and Management Sciences”də
13.07.2026 17:32
  • A-
  • A
  • A+

Azərbaycanın Qarabağa qayıdış layihəsinin elmi təsviri “ERIH PLUS” bazasına daxil olan “European Journal of Economics and Management Sciences”də

“Avropanın İqtisadiyyat və İdarəetmə Elmləri” beynəlxalq jurnalının 2026-cı il 2-ci sayında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, professor Zemfira Hacıyevanın “Qarabağda “Ağıllı idarəetmə” metodlarının tətbiqi və perspektivləri” başlıqlı məqaləsi dərc olunub (“Application and perspectives of Smart management methods in Karabagh”).

Məqalədə Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafı üzrə beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilməsindən bəhs olunur. Tədqiqat ətraf mühitin mühafizəsinin gücləndirilməsi, meşə örtüyünün artırılması, deqradasiyaya uğramış torpaqların bərpası, yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə, o cümlədən dayanıqlı enerji mənbələrinin inkişafının təşviqini əhatə edir. Həmçinin məqalədə post-münaqişə dövründə Ermənistanın işğalından azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsinə xüsusi yer ayrılır. Sözügedən layihələr müasir texnologiyaların tətbiqi və yüksək səviyyəli koordinasiya ilə səciyyələnir.

“Smart city” məfhumu və ondan yaranan layihələr Giriş, Dayanıqlı İnkişaf Strategiyasına əsasən Ağıllı mənzil və Elektron hökumət, Ağıllı Şəhər və Kənd quruculuğu beynəlxalq təcrübədə, Azərbaycanın siyasi strategiyası: azadlıqdan rəqəmsal transformasiyaya doğru, Böyük qayıdışın əsas aspektləri və prinsipləri, Ağıllı idarəetmə sistemlərində kommunikasiyanın rolu, Elektron hökumət anlayışı, əhəmiyyəti və xidmət sahələri adlı yarımbaşlıqlarda izah olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: