Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyatşünas alimin Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafiyası Almaniyada nəşr edilib
15.07.2026 15:30
  • A-
  • A
  • A+

Ədəbiyyatşünas alimin Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafiyası Almaniyada nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının problematikası və janr müxtəlifliyi” adlı monoqrafiyası Almaniyada nəşr edilib.

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın bu monoqrafiyası giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Monoqrafiyada Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri araşdırılıb.

Əsərdə Sabir Rüstəmxanlının nəsr, nəzm və dram əsərlərinin tədqiqinə, əsərlərindəki mənəvi problemlərin açıqlanmasına, ədibin yaradıcılığında janr müxtəlifliyinə geniş yer verilir.

  • Paylaş: