Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qazaxıstan MEA-dan AMEA-ya minnətdarlıq məktubu göndərilib
15.07.2026 19:45
  • A-
  • A
  • A+

Qazaxıstan MEA-dan AMEA-ya minnətdarlıq məktubu göndərilib

Qazaxıstan Milli Elmlər Akademiyasının Elmi-Texniki Əməkdaşlıq Mərkəzi tərəfindən AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinə minnətdarlıq məktubu göndərilib.

Məktubda deyilir:

“Hörmətli xanım Günay Cəfərova,

Azərbaycan Milli Elmlər Akademiyasının arxiv materiallarını bizə təqdim etdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Biz AMEA-nın ölkələrimiz arasında əməkdaşlığın tarixinə dair belə əhatəli məlumatların hazırlanmasına sərf etdiyi vaxtı, səyi və göstərdiyi diqqəti yüksək qiymətləndiririk.

Səmimi təbriklərinə və xoş arzularına görə AMEA rəhbərliyinə də dərin minnətdarlığımızı çatdırmağınızı xahiş edirik. Akademiyalarımız arasında uzun illərə söykənən dostluq münasibətlərini və məhsuldar əməkdaşlığı yüksək qiymətləndirir, tərəfdaşlığımızın qarşıdakı illərdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığımızı bildiririk.

Dəstəyinizə və dəyərli töhfənizə görə bir daha təşəkkür edirik.

Hörmətlə,

Şakerbayeva Botaqöz

Qazaxıstan Milli Elmlər Akademiyası”.

  • Paylaş: