Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə baş tutan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti tədbir keçirilib.
Seminarda Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev “Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” mövzusunda məruzəsini təqdim edib.
A.Musayev Azərbaycanın vergi sistemi və bu sahədə aparılan islahatlar barədə məlumatlar verib. Bildirib ki, iqtisadi siyasətin mühüm tərkib hissələrindən biri də vergi sistemidir. Azərbaycanın vergi sistemi xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Son illərdə ölkəmizin vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı mühüm işlər görülmüşdür.
Tədbirdə vergi sisteminin əsas xüsusiyyətləri, gündəlik həyatda iqtisadi həllər, iqtisadi inkişafa aparan amillər, iqtisadiyyatın uğurlu gələcəyi və s. məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.