Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dövlət quruculuğuna konseptual yanaşmanın fəlsəfi tədqiqi
06.08.2026 10:00
  • A-
  • A
  • A+

Dövlət quruculuğuna konseptual yanaşmanın fəlsəfi tədqiqi

Dövlət quruculuğuna konseptual yanaşmanın fəlsəfi tədqiqi AMA Fəlsəfə və Sosiolo iya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev  İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma”  adlı məqalələr toplusu işıq üzü örüb.  

İndiyədək Füzuli Qurbanovun aktual elmi yanaşmalarla zəngin bir çox monoqrafiyalarını filosof alimlər yüksək qiymətləndiriblər. Müəllifin ərsəyə gətirdiyi elmi proqramlar ali məktəblərdə tədris olunur. nun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 70-ə çatıb ki, bunların da 15-i xaricdə nəşr edilib.

Fəlsəfi təfəkkürün milli sərvətə çevrilməsi naminə ciddi səylər göstərən tanınmış alimin yeni kitabında onun 2023-cü ildən bəri “Xalq qəzeti”ndə dərc edilmiş elmi-populyar xarakterli silsilə məqalələrinin bir qismi də toplanıb. xucuların qəzetimizin, demək olar ki, hər nömrəsində rast gələ biləcəyi bu yazılar, ümumilikdə, müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunun Heydər Əliyev–İlham Əliyev xəttinin bir sıra aspektlərinə aid olan mövzuları əhatə edir. 

Bütövlükdə, Heydər  Əliyev–İlham Əliyev dövlət quruculuğu xətti mükəmməl hazırlanmış strateji viziyon, əsasını Ulu öndərin qoyduğu və eksklüziv yaratdığı konsepsiyadır. Həmin xətti Prezident İlham Əliyev siyasi varislik prinsipinə uyğun olaraq davamlı surətdə inkişaf etdirməkdədir.  Bu proses yalnız fikir dinamikası deyil – həm də siyasi-diplomatik məharətlə praktikada müstəqil Azərbaycan dövlət quruculuğu prosesinin əvəzolunmaz təcrübəsidir. mummilli ider Heydər Əliyevin yaratdığı müstəqil dövlət quruculuğu kursu bu baxımdan elə bir açıq konseptual sistemdir ki, siyasi varislik prinsipini tam gözləmək və konseptual şərtlərinə əməl etməklə, sürətlə dəyişən qlobal geosiyasi mühitdə istənilən situasiyada uğurlu nəticələr almaq olar. Azərbaycan Prezidenti İlham Əliyev həmin dinamikanın mükəmməl kreativ nümunəsini göstərməkdədir. 

Kitabda toplanmış məqalələrin mövzunu tam konseptual səviyyədə əhatə etdiyini demək olmaz. akin topluda qarşıya qoyulan elmi-publisistik məqsədin ana xəttinin ifadə edildiyini vurğulamaq olar. Topluda bu məqam necə əks olunub.

Birincisi, məqalələrin seçimində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət başçısı və lider kimi fəaliyyətlərində müstəqil dövlət quruculuğunun konseptual aspektlərinə üstünlük verilib. Burada “konseptual” termini Azərbaycan liderlərinin (Heydər Əliyev və İlham Əliyev nəzərdə tutulur) müstəqil dövlət quruculuğu xətlərinin nəzəri özəllikləri, onların müasir geosiyasi təlimlər və politoloji nəzəriyyələr fonunda yeniliklərinin elmi təhlilini ehtiva edir. 

İkincisi, mövzularda təhlillər liderliyin müasir anlamlarda geosiyasi, siyasi, idarəetmə aspektləri ilə şəxsi keyfiyyətlərin (güclü iradə, strateji zəka, əsaslı məntiq, ənənə ilə müasirliyin vəhdətinə naıl olmaq qabiliyyəti, diplomatik məharətin şəxsiyyətlə bağlı incəlikləri, dəqiq proqnozlaşdırma qüdrəti və s.) sintezində aparılıb. Məqalələrdə, eyni zamanda, Azərbaycan dövlətçilik ənənəsi kontekstində siyasi, mədəni, idarəetmə ənənəsi, dövlətçilik şüuru, mənəvi, milli ideya, ideologiya və digər aspektlərin qarşılıqlı əlaqəsi diqqətə alınıb. 

Ulu öndər Heydər Əliyev və layiqli davamçısı – Prezident İlham Əliyev nümunəsində liderin gücü şəxsi keyfiyyətlərlə xalq-iqtidar bir liyinin sintezi fonunda təhlil edilib. Həmin kontekstdə Azərbaycanın dövlət, cəmiyyət və mədəniyyət məkanı olaraq təhl ükəsizliyinin təmini məsələsi araşdırılıb. Müəllif bunun üçün “liderlik sinerjisi” anlayışından yararlanııb. Yeri gəlmişkən, Füzuli Qurbanov sinergetikanın fəlsəfi metodoloji problemləri üzrə elmi araşdırmala aparan, namizədlik və doktorluq dissertasiyaları müdafiə edən ilk azərbaycanlı alimdir. Araşdırmalara “ mummilli sinerji” anlayışı da daxil edilib və onun semantik-funksional təkamül dinamikasına “Dövlət quruculuğunun Naxçıvan sinerjisi” – “Azərbaycan sinerjisi” – “ mumtürk sinerjisi” “zəncirində” baxılıb.

Nəhayət, Prezident İlham Əliyevin postmüharibə dövrünün memarı kimi fəaliyyətinin bir sıra aspektləri siyasi varislik prinsipi fonunda ətraflı təhlil edilib. nu da nəzərə almaq lazımdır  ki, məqalələr toplusu monoqrafiya deyildir və buna görə də bir sıra konseptual məqamların izahı monoqrafik tədqiqatdan fərqlənir. Bununla yanaşı, deyə bilərik ki, ulu öndər Heydər Əliyevin və dünyanın aparıcı liderlərindən olan Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğu xətti (Heydər Əliyev–İlham Əliyev xətti) haqqında müəyyən fikirlər bu topluda verilməklə kitabın dolğunluğunu təmin edib.

Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, tərtibçisi isə Rəşad Məmmədovdur.

"Xalq qəzeti"

  • Paylaş: