Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik
07.09.2026 11:16
  • A-
  • A
  • A+

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Hər kəs şəhidlərə olan sevgisini və hörmətini müxtəlif formada ifadə etmək, göstərmək istəyir. Lakin Şuşa kimi siyasi və strateji bir yerdə qayalara şəhidlərimizin, qəhrəmanlarımızın adlarının həkk edilməsi yolverilməzdir.

Bu fikirləri bölgə müxbiri ilə söhbətində Balakəndən olan ziyalı, AMEA Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bildirib .

Məmmədlinin sözlərinə görə tariximizdə yüzillər, hətta minillər boyu xatirəsi yaşayan qəhrəmanlarımızın adları qayalara deyil, qəlblərə, yaddaşlara həkk olunub. “Nə Tomirisin, nə də Babəkin adı daşa, qayaya cızılmayıb, qəlblərə, yaddaşlara yazılmışdı”, - deyən tarixçi alim əlavə edir ki, biz şəhidlərə olan sevgimizi qaya və divarları yazaraq, cızaraq deyil, əməllərimizlə, onların bizə əmanət qoyduğu Vətənə təmənnasız xidmətlə göstərə bilərik. Bu, daha doğru olar.

AzərTac

  • Paylaş: