Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” elmi-populyar jurnalının növbəti nömrəsi çapdan çıxıb
07.09.2026 12:50
  • A-
  • A
  • A+

“Elm və həyat” elmi-populyar jurnalının növbəti nömrəsi çapdan çıxıb

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının cari ildə 2-ci sayı çapdan çıxıb.

Yeni nömrədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Birinci Türkoloji Qurultayın qurucuları, dərsləri və müasirlik”, Coşqun Məmmədovun “Dezinformasiyaya qarşı həqiqətin gücü: Azərbaycanın prinsipial mövqeyi”, Rizvan Qarabağlının “Azərbaycanda müasir şəhərsalma və memarlıq”, Aynur Babayevanın “Bakının tarixi-memarlıq abidəsi”, Lütviyyə Əsgərzadənin “Qaçaqçılıq hərəkatı tarixdə və ədəbiyyatda”, Təranə Abdullayevanın “Rəsul Rzanın poeziyasında Təbriz yanğısı”, Aytən Quliyevanın “Molla Mehrəli Fədəvi yaradıcılığına bir nəzər”, Ramiz Qasımovun “Milli mətbuatımızın “Molla Nəsrəddin”i, İsmayıl Məmmədlinin “Nəsimi lüğətinin möhtəşəm elmi salnaməsi”, Ülkər Məmmədovanın “Dil və hakimiyyət: Xilafətin mədəni siyasətində ərəb dilinin rolu” məqalələri yer alıb.

Jurnalın yeni nömrəsində oxucular, həmçinin İbrahim Məsimoğlunun “Vurğun öldü” deməyin”, Nəzakət Məmmədovanın “Bir ata məhəbbəti var idi onda”, Fəridə Quliyevanın “Səssiz işıq”, Zülfiyyə Cəlilovanın “Muzey işinə həsr olunmuş ömür”, Tutu Hüseynovanın “Fikrət Əmirovun fortepiano miniatürlərinin xüsusiyyətləri”, Fəridə Mir-Bağırzadənin “Binaların divarlarını bəzəyən rəsmlər”, Anar Ağalarzadə və Samir Kərimovun “Lerik rayonundan tapılmış bir daş stella qədim incəsənət tarixində”, Sara Əzizovanın “Gəncə elmi mühitinin formalaşmasında görkəmli kimyaçı alimlərin fəaliyyəti”, Nigar Paşayevanın “Sənaye turizminin inkişaf etdirilməsi” və digər məqalələrlə, o cümlədən “Dünya elm aləmində”, “Meridian”, “Maraq dünyası”, “Qəhrəmanlar unudulmur”, “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: