Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan elminə ağır itki üz verib
07.09.2026 19:20
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycanın görkəmli geofizik alimi, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Pərviz Məmmədov 7 sentyabr 2026-cı il tarixində 89 yaşında vəfat etmişdir.

Məm­mə­dov Pər­viz Zi­ya oğ­lu 12 yan­var 1937-ci il­də Ba­kı şə­hə­­rin­də ana­dan ol­muş­dur. Azər­­bay­­can Neft və Kim­ya İns­ti­tu­tu­nu (indiki Azər­­bay­­can Dövlət Neft və Sənaye Universiteti) mü­hən­dis-geo­fi­zik ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir (1959).

O, 1967-ci il­də “Seysmik dalğaların spektral analizinin effektivliyi” mövzusunda geo­lo­gi­ya-mi­ne­ra­lo­gi­ya elm­lə­ri üzrə na­mi­zə­dlik, 1992-ci il­­də “Cənubi Xəzər Meqaçökəkliyinin çöküntü qatının geoloji quruluşunun seysmostratiqrafik tədqiqi” mövzusunda dok­­to­rluq dissertasiyaları müdafiə etmiş, 1993-cü il­də pro­fes­sor el­mi adı al­mış­dır. 2001-ci il­də AMEA-nın müx­bir üz­vü, 2014-cü il­də isə AMEA-nın hə­qi­qi üz­vü se­çil­miş­dir.

P.Məm­mə­dov əmək fəa­liy­yə­ti­nə 1959-cu il­də Azər­bay­can Neft­çı­xar­­ma üz­rə El­­mi təd­qi­qat İns­ti­tu­tun­da tex­nik-ope­ra­tor və­zi­fə­sin­dən baş­la­ya­raq ar­dı­cıl ola­raq bö­yük ra­dio­tex­nik, mü­hən­dis-geo­fi­zik, bö­­yük mü­hən­dis və­zi­­fə­lə­­rin­də iş­lə­miş­dir. P.Məm­mə­dov 1958-1966-cı il­lər­də keç­miş ÜİET Ge­o­­fi­­zi­ka İns­ti­­tu­­tu­nun Azər­­bay­­can fi­lia­lın­da bö­yük mü­hən­dis, el­mi işçi və­zi­fə­lə­­rin­də iş­lə­­miş­­dir. O, 1968-ci il­dən Azər­bay­can Döv­lət Neft Aka­de­mi­ya­sı­nın Ge­o­­fi­­zi­ki kəş­fiy­yat üsul­­­la­rı ka­fed­ra­sın­da as­sis­tent, do­sent, pro­fes­sor, ka­fed­ra mü­di­­ri, el­mi iş­lər üz­rə pro­­rek­tor, rek­tor iş­lə­­miş­dir. Vəfatına qədər Azər­bay­can Döv­lət Neft və Sə­na­ye Uni­­ver­­si­­te­­ti­nin geo­fi­zi­ka ka­fed­ra­sı­nın məs­lə­hət­çi pro­fes­so­ru və ETN-nin Geo­lo­gi­ya İns­ti­tu­tu­nun şö­bə rəh­bə­ri və­zi­fə­lə­rin­də iş­lə­mişdir.

P.Məm­mə­dov bey­nəl­xalq aləm­də ta­nın­mış geo­fi­zik alimlərdən olmuşdur. O, ge­o­­fi­zi­ka­da ilk də­fə seys­mik dal­ğa­la­rın spekt­ral ana­li­zi­nin geo­lo­ji ef­fekt­li­yi­ni təd­qiq et­miş, keç­miş SSRİ-də dal­ğa­la­rın di­na­mik xas­sə­lə­ri­nin geo­fi­zi­ki in­­ter­p­re­ta­si­ya­da sə­mə­rə­si­ni əsas­­lan­dı­ran ilk təd­qi­qat­çı­lar­dan­ biri olmuşdur. 1980-1990-cı il­lər­də neft­li-qaz­lı çö­kün­tü­lə­ri aş­kar­­la­maq im­ka­nı ve­rən «Seys­most­ra­ti­q­ra­­fi­ya» üsu­lu­nun in­ki­şa­fın­da və Cə­nu­bi Xə­zər di­bi­nin və çö­kün­tü qa­tı­nın öy­rə­nil­mə­sin­də onun el­mi nai­liy­yət­lə­ri is­tər keç­miş SSRİ mə­ka­nın­da, is­tər­­sə də ABŞ və Av­ro­pa ge­o­­fi­zik­lə­ri tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­­miş­dir. O, Cə­nu­bi Xə­zər me­qa­çö­kək­li­­yi­nin iye­rar­xi­ya­sı­nı öy­rən­miş, də­niz­də bir ne­çə qey­ri-an­tik­li­nal tip­li neft-qaz ya­ta­ğı aş­kar­la­mış və is­teh­sa­la­ta töv­si­yə et­miş, bir sı­ra xa­ri­ci şir­kət­lə­rin si­fa­ri­­şi­lə el­mi təd­qi­qat­lar apar­mış­dır. Bey­­nəl­­xalq el­mi la­yi­hə­lər üz­rə el­mi təd­qi­qat­­la­rın rəh­­bə­ri və ic­ra­çı­sı ol­muş­dur.

P.Məm­mə­dov 4 el­mi jur­na­lın re­dak­si­ya he­yət­­lə­ri­nin üz­vü idi. Ame­­ri­ka-Azər­bay­can El­min İn­ki­şa­fı Fon­du­nun (CRDF), ARDNŞ-in Elm Fon­du­nun eks­­per­ti, AMEA Yer Elm­lə­ri Böl­mə­si­nin El­mi şu­ra­sı­nın üz­vü, ETN-nin Geo­lo­­gi­ya İns­ti­tu­tunun nəz­din­­də­ki dis­ser­ta­si­ya şu­ra­sı­nın sədr müa­vi­ni, ADN­SU-da Ma­gistr İx­ti­sas­laş­mış Şu­ra­sı­nın səd­ri idi.

P.Məm­mə­dov Bey­nəl­xalq Geo­fi­zi­ka Cə­miy­yə­ti­nin, Ame­ri­ka Neft­çi-Ge­o­­loq­­lar As­so­sia­si­ya­sı­nın, Av­ro­pa Ge­o­elm­lə­ri Mü­hən­­dis­­lə­ri As­so­si­­a­si­­ya­­sı­nın üz­vü, Bey­nəl­xalq Mü­hən­dis­lər Aka­de­mi­ya­sı­nın (Ru­si­ya) müx­­bir üz­vü, elə­cə də Bey­nəl­xalq elm­lər aka­de­mi­ya­sı­nın (İnsb­ruk, Avst­ri­ya) hə­qi­qi üz­vü­ olmuşdur.

P.Məm­mə­dov 240-dan ar­tıq el­mi əsə­rin, 1 mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi­ idi.

P.Məm­mə­do­vun rəh­bər­li­yilə 3 elm­lər dok­to­ru və 14 fəl­­sə­fə dok­to­ru ha­zır­­lan­­mış­dır. 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə doktorunun elmi rəhbəri idi.

P.Məm­mə­do­vun adı Av­ra­si­ya Geo­fi­zik­lər As­so­sia­si­ya­sı­nın qə­ra­rı ilə (2005) ge­o­­fi­zi­ka el­mi­nin in­ki­şa­fın­­da na­i­­liy­yət­lə­ri­nə gö­rə “Ru­si­ya­nın gör­kəm­­li ge­o­­fi­zik­lə­ri” en­sik­lo­pe­di­­ya­sı­na daxil edilmişdir. O, “Gör­kəm­li geo­fi­­zik S.Q.Ko­ma­rov” adı­na me­dal­­la (2010) təl­tif olun­­muş ilk azər­bay­can­lı alim­dir.  AR Təh­sil Na­zir­li­yi­­nin və AMEA Rə­ya­sət He­yə­ti­nin Fəx­ri fər­man­la­rı­na, AMEA-nın aka­de­mik M.Əli­yev adı­na mü­ka­fa­tı­na (2016) la­yiq gö­rül­müş­, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (2024) ilə təltif olunmuşdur.

Akademik Pərviz Məmmədov zəngin elmi irsi, yüksək ziyalılığı, prinsipiallığı və insanpərvərliyi ilə həmkarlarının, tələbələrinin və onu tanıyan hər kəsin dərin hörmətini qazanmışdır. Onun əziz xatirəsi Azərbaycan elmi ictimaiyyətinin yaddaşında daim yaşayacaq.

Allah rəhmət eləsin!

AMEA Rəyasət Heyəti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: