Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Özbək xalq nağılları” kitabı  çapdan çıxıb
09.09.2026 14:50
  • A-
  • A
  • A+

“Özbək xalq nağılları” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, AYB-nin üzvü, yazıçı-publisist Xanım Mehdixanlının (Xanımbacı Məlikzadə) rus dilindən tərcümə edərək nəşrə hazırladığı “Özbək xalq nağılları” kitabı işıq üzü görüb.

Müəllifin geniş ön söz (müqəddimə) yazaraq oxuculara təqdim etdiyi kitaba Azərbaycan dilində indiyə qədər nəşr olunmamış on dörd sayda qardaş özbək xalqının folklor nümunələri olan nağılları rus dilindən tərcümə olunaraq daxil edilib. Nağıllar müxtəlif mövzuları əhatə edir.

Qeyd edək ki, yeni nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevdir. Kitab I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.           

  • Paylaş: