Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanla Qırğızıstan dilçilik və türkologiya sahələrində əməkdaşlıq edəcək
11.09.2026 14:32
  • A-
  • A
  • A+

Azərbaycanla Qırğızıstan dilçilik və türkologiya sahələrində əməkdaşlıq edəcək

Qırğızıstan Respublikası Prezidentinin yanında Milli Elmlər Akademiyasının Bolot Yunusalıyev adına Dilçilik İnstitutunun nümayəndəsi AMEA Nəsimi adına Dilçilik İnstitutunda qonaq olub.

Görüş zamanı çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli son illərdə Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Professor qeyd edib ki, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında dilçilik və türkologiya sahələrində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Görüşdə gələcək elmi əməkdaşlığın genişləndirilməsi və birgə elmi fəaliyyətin həyata keçirilməsi məsələləri müzakirə olunub. Bu məqsədlə AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Qırğızıstan Milli Elmlər Akademiyasının Bolot Yunusalıyev adına Dilçilik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər arasında birgə elmi tədqiqatların aparılması, konfrans və simpoziumların təşkili, elmi lüğət və jurnalların nəşri, eləcə də dil korpuslarının və rəqəmsal resursların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq memorandumunun Azərbaycan və Qırğızıstan arasında dilçilik və türkologiya sahələrində elmi əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.

AzərTac

  • Paylaş: