2-3 dekabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransın keçirilməsinin əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin müzakirəsi, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirinin qiymətləndirilməsi, eləcə də biomüxtəlifliyin öyrənilməsində müasir molekulyar, parazitoloji və riyazi modelləşdirmə yanaşmalarının tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.