Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutu və Fizika İnstitutunun əməkdaşlarının birgə məqaləsi nüfuzlu jurnalda dərc olunub
15.09.2026 11:16
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu və Fizika İnstitutunun əməkdaşlarının birgə məqaləsi nüfuzlu jurnalda dərc olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun Elektro- və bioaktiv polimer materiallar laboratoriyasının elmi işçisi vəzifəsini icra edən sabiq doktorant Günel Abaszadə, laboratoriyanın müdiri AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Məmmədov və Fizika İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları məqalə Q3 kvartilli “Problems of Atomic Science and Technology” jurnalında (PAST   №4  (164) 2026, р.87-94 https://www.researchgate.net/publication/413580062 çapdan çıxıb.

“Radiation-Induced Crosslinking of Hydrogenated Butadiene-Nitrile Rubber (HNBR) in the Presence of Low-Molecular Weight Compounds” (Aşağı molekullu birləşmələrin iştirakında hidrogenləşdirilmiş butadien-nitril kauçukunun (HNBR) radiasiya ilə induktiv tikilməsi) adlı məqalədə hidrogenləşdirilmiş butadien-nitril kauçukunun müxtəlif aşağı molekullu birləşmələrin iştirakı ilə ionlaşdırıcı gamma (γ) şüallarının təsiri altında tikilməsi və bununla əlaqədar olaraq baş verən fiziki-kimyəvi proseslər tədqiq olunub. Tədqiqatlar nəticəsində əldə olunan elastomer materialların yüksək istilik dayanıqlılığına, mexaniki möhkəmliyə və aqressiv mühitlərə (yağ və benzin-benzen qarışıqları kimi həlledicilərə) qarşı güclü davamlılığa malik olduğu müəyyən edilib. Sol-gel analizi, FTIR və EPR metodları vasitəsilə materialın struktur və kinetik parametrləri öyrənilib.

Qeyd edək ki, impakt faktor göstəricisi 0.5, SJR reytinq göstəricisi isə 0.24-ə bərabər olan jurnal Web of Science platformasının Emerging Sources Citation Index (ESCI) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: