7-11 sentyabr 2026-cı il tarixlərində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Musayeva Naxçıvan Dövlət Arxivində elmi ezamiyyətdə olub.
Ezamiyyət çərçivəsində Azərbaycan Respublikasının tarixinin 1990-cı illərin əvvəlləri ilə bağlı arxiv sənədləri araşdırılıb, bir sıra qiymətli sənədlər əldə edilib. Bu sənədlər Azərbaycanın müstəqilliyin ilk illərində baş verən siyasi və ictimai prosesləri daha dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir. Arxivdən əldə edilmiş materiallar Azərbaycanın yaxın tarixinin müxtəlif aspektlərinin tədqiqində, elmi əsərlərin yazılmasında mühüm mənbə sayılır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Günel Musayevanın arxivdə fəaliyyətinin səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsində Naxçıvan Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədovun və arxiv əməkdaşlarının göstərdiyi dəstək və köməklik xüsusi əhəmiyyət daşıyıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.