Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib
18.09.2026 13:40
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib” başlıqlı icmal və Nobel mükafatı laureatı Əziz Səncərin Prezident İlham Əliyevə təşəkkür məktubu yer alıb.

Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans, AMEA-da “Tağıyev” filminə baxış və “Azərbaycan geyim mədəniyyəti. Tarixi irsin bədii interpretasiyası” adlı fərdi sərginin açılış mərasimi, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Ariflə görüş və digər tədbirlərlə bağlı yazılar təqdim olunub.

Bu sayda akademik İsa Həbibbəylinin müəllifi olduğu “Dünya elminin, Türk dünyasının və Azərbaycanın Əziz Səncəri” adlı məqalə, həmçinin London Kral İncəsənət Cəmiyyətinin (RSA) üzvü Nil Uotson tərəfindən və Türkiyənin Mərmərə Qrupu Fondunun prezidenti Dr. Akkan Suver tərəfindən AMEA rəhbərinə ünvanlanan məktublar yer alıb.

Bundan əlavə, nəşrdə süni intellektin inkişafı fonunda riyaziyyat elminin prioritetləri və tədrisinin yenilənməsi, eləcə də sufizmin Azərbaycanın mənəvi həyatındakı rolu kimi aktual elmi və ictimai mövzulara dair akademiklərin fikirləri, “Bir ömrün musiqi salnaməsi”, “İlandağ daş salnaməsinin sirri açılır” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: