AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov sentyabrın 18-də Qazaxıstanın Çimkənd şəhərində təşkil edilən 24-cü Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransında onlayn iştirak edib.
Konfransda həm moderator, həm də məruzəçi kimi iştirak edən N.Məmmədov “Türkiyədə Ədalət və İnkişaf Partiyasının seçki vədlərinin təhlili (2002-2015-ci illər)" mövzusunda məruzə edib.
Şərqşünas alim Ədalət və İnkişaf Partiyasının 2002-2015-ci illərdə qatıldığı beş parlament seçkisi zamanı irəli sürdüyü seçki bəyannamələri və orda irəli sürülən vədlər, həmin vədlərin hansı səviyyədə reallaşdırılması məsələlərini təhlil edib və əsas nəticələri diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.