Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Roida Rzayeva beynəlxalq konfransda məruzə ilə çıxış edib
21.09.2026 10:21
  • A-
  • A
  • A+

Professor Roida Rzayeva beynəlxalq konfransda məruzə ilə çıxış edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva 19-20 sentyabr 2026-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil edilən 8-ci Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konqresində iştirak edib.

Konfransa dünyanın 25 ölkəsindən iştirakçılar qatılıb.

Alim konfransda “Siyasi düşüncənin simvolik aspekti və media” adlı məruzə ilə çıxış edib.

Roida Rzayeva məruzəsində media sisteminin və daha geniş mənada media mədəniyyətinin transformasiyasının həm sosial, həm də fərdi səviyyədə kommunikasiya təcrübələrində, eləcə də sosial proseslərdə iştirak potensialında özünü göstərdiyindən bəhs edib. Arxetiplərin, miflərin, stereotip və simvolların siyasi ruhun əsas tərkib hissələri kimi çıxış etdiyi diqqətə çardırılıb, buna görə də siyasi düşüncənin simvolik ölçüsündən danışmağın mümkün olduğu vurğulanıb. Məruzədə bu gün “yumşaq güc”ün siyasətdə dəyişən prioritetlərin əksi olduğu qeyd olunub.

Professor məruzəsində qeyd edir ki, “yumşaq güc” müasir siyasətin bir elementidir, o, qeyri-zorakı təsir üsulları, vasitə və texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur, bu da onu idarəetmə siyasətinin bir forması edir. Bu səviyyədə “yumşaq güc”ün ideologiyanın yeni və müasir forması hesab olunduğu vurğulanıb. Məruzədə həmçinin bildirilir ki, bilik “yumşaq güc” anlayışının əsas komponentlərindən biridir və informasiya cəmiyyəti inkişaf etdikcə onun dünyada rolu davamlı şəkildə artır. Vurğulanır ki, “informasiya hücumları” vasitəsilə ictimai şüura təsir göstərmək üçün nəzərdə tutulmuş yeni metodlar, texnikalar və texnologiyalar biliyi güclü bir geosiyasi silaha çevirir.

Alimin məruzəsi maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: