Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxucuların kitabxananın elektron resurs və xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə tanıtım videosu hazırlayıb.
Videoda istifadəçilərin kitabxanaya üzv olmaqla dünyanın istənilən nöqtəsindən MEK-in elektron xidmətlərindən yararlana bilməsi nümayiş etdirilir. Kitabxananın veb-saytı vasitəsilə kitabların elektron kataloqda axtarılması, sifarişi, elektron kitab, jurnal, dissertasiya və avtoreferatlara çıxış imkanları, o cümlədən süni intellektə əsaslanan səsli axtarış sistemi diqqətə çatdırılır.
Tanıtım videosunda, həmçinin görmə məhdudiyyətli istifadəçilər üçün audio resurslar, danışan kitablar və audio teatr nümunələrindən ibarət inklüziv xidmətlər, elektron sərgilər və görkəmli şəxsiyyətlərə həsr olunmuş elektron layihələr təqdim olunur.
Videoda MEK-in Elektron Kitabxana Şəbəkəsi vasitəsilə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarına, eləcə də dünyanın aparıcı elektron kitabxana və məlumat bazalarına çıxış imkanları da nümayiş etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.