Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gənc Tədqiqatçı” jurnalının 2026-cı il üzrə üçüncü xüsusi buraxılışı işıq üzü görüb
22.09.2026 16:05
  • A-
  • A
  • A+

“Gənc Tədqiqatçı” jurnalının 2026-cı il üzrə üçüncü xüsusi buraxılışı işıq üzü görüb

“Gənc Tədqiqatçı” jurnalının 2026-cı il üzrə üçüncü - xüsusi buraxılışı nəşr olunub.

Yeni formatda hazırlanan bu buraxılış humanitar və ictimai elmlərin müxtəlif istiqamətləri üzrə aparılmış aktual tədqiqatları əhatə edir. Jurnalın beynəlxalq elmi auditoriya üçün daha əlçatan olmasını təmin etmək məqsədilə xüsusi buraxılışda yer alan bütün məqalələr ingilis dilində təqdim edilib.

“Gənc Tədqiqatçı” jurnalı 35 yaşadək tədqiqatçıların elmi fəaliyyətini dəstəkləmək, onların əldə etdikləri nəticələri elmi ictimaiyyətə çatdırmaq və gənclərin akademik nəşr təcrübəsinin inkişafına töhfə vermək məqsədilə nəşr olunur.

Əsasən magistrantlar, doktorantlar və gənc alimlər üçün nəzərdə tutulan jurnal yeni elmi ideyaların paylaşılması, tədqiqat nəticələrinin daha geniş auditoriyaya təqdim edilməsi və gənc müəlliflərin elmi mühitdə tanınması üçün mühüm platformadır.

Gənc tədqiqatçıları jurnalın yeni xüsusi buraxılışı ilə tanış olmağa, elmi axtarışlarını davam etdirməyə və tədqiqat nəticələrini jurnalın növbəti saylarında geniş elmi ictimaiyyətlə bölüşməyə dəvət edirik.

Elmi ideyanızı məqaləyə, məqalənizi isə elmi uğura çevirin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: