Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2016 15:31
  • A-
  • A
  • A+

Azərbaycan və Fransa alimləri Qobustanda palçıq vulkanı üzərində tədqiqat aparırlar

Azərbaycan və Fransa alimləri Qobustanda palçıq vulkanı üzərində tədqiqat aparırlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin əməkdaşları Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanının geoloji və struktur quruluşunu öyrənirlər. Əməkdaşlığa dair müqavilə əsasında görülən işlər institutun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi altında həyata keçirilir.

Çöl-tədqiqat işlərində GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, adıçəkilən şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, Fransa şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, həmçinin bu ölkənin müxtəlif universitetlərindən professor, doktorant və magistrlar iştirak edir.

Tədqiqat işlərinin nəticələri birgə hazırlanacaq və elmi nəşrlərdə çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: