Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
29.09.2026 22:29
  • A-
  • A
  • A+

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı sahə tədqiqatları aparıblar.

İnstitutun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Nəriman Paşayev açıqlamasında bildirib ki, ekspedisiya zamanı Daşkəsən, Samux və Göygöl rayonlarının müxtəlif ərazilərində kompleks sahə müşahidələri aparılıb, aidiyyəti qurumların nümayəndələri və sənaye müəssisələrinin əməkdaşları ilə elmi görüşlər keçirilib. Tədqiqat çərçivəsində ərazidəki təsərrüfat obyektlərinin mövcud vəziyyəti, istifadə səviyyəsi və inkişaf potensialı ilə bağlı elmi-praktik məlumatlar toplanıb.

Daşkəsən rayonunda fiziki-coğrafi və iqtisadi müşahidələr aparılıb, dəmir filizi və mərmər karxanalarının fəaliyyəti yerində qiymətləndirilib.

Tədqiqatlar nəticəsində regionun sənaye, kənd təsərrüfatı və nəqliyyat coğrafiyasına dair zəngin məlumat bazası formalaşdırılıb. Yeni obyektlər müəyyənləşdirilib, onların istismar dinamikası qiymətləndirilib, xəritələşdirmə işləri üçün zəruri materiallar toplanıb.

Əldə olunan elmi-praktik nəticələr Gəncə-Daşkəsən iqtisadi rayonunun resurs potensialının və dayanıqlı inkişaf imkanlarının daha ətraflı qiymətləndirilməsinə imkan verir.

AzərTac

  • Paylaş: