Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
02.10.2026 12:00
  • A-
  • A
  • A+

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

AMEA-nın Rəyasət Heyətinin iclasında AMEA-nın “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunmuş XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakına dair müzakirələr aparılıb.

Məsələ ilə bağlı məlumat verən AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov bildirib ki, AMEA-da kitab festivalında öz pavilyonu ilə təmsil olunacaq və Akademiya əməkdaşlarının əsərləri beynəlxalq ictimaiyyətə təqdim ediləcək. O, kitab festivalı çərçivəsində AMEA-nın təşkilatçılığı ilə 21 oktyabr tarixində “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin, 23 oktyabr tarixində isə “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimatlarının keçiriləcəyini söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-nın XII  Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə iştirakı ilə bağlı müvafiq tapşırıqlarını verib. Həmçinin festival çərçivəsində UNESCO və AMEA-nın birgə təşkilatçılığı ilə “Xəttatlıq və əlyazmalar” mövzusunda tədbirin də keçiriləcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: