Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə 27 Sentyabr - Anım Günü münasibətilə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli akademik İsa Həbibbəyli,
Salamlarımızı və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.
Cəmiyyətimiz adından sizə 27 Sentyabr - Anım Günü münasibətilə səmimi hisslərimizi bildiririk.
Bu əlamətdar gündə şəhidlikləri və fədakarlıqları ilə millətə yeni nəfəs verən və tarixi qələbəyə yol açan Azərbaycanın igid oğullarını böyük ehtiramla yad edirik. Şəhidlərin xatirəsi əbədi olsun.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın necə sürətlə inkişaf etdiyini görmək həqiqətən sevindiricidir.
Ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Yaşasın Azərbaycan-Pakistan qardaşlığı.
Hörmətlə,
H.E. Sahibzadə Sultan Əhməd Əli
Direktor - Müslim İnstitutu”
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.