Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.11.2026 13:54
  • A-
  • A
  • A+

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bahrom Abduhalimovun videomüraciəti beynəlxalq folklorşünaslıq konfransının açılış mərasimində təqdim olunub

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bahrom Abduhalimovun videomüraciəti beynəlxalq folklorşünaslıq konfransının açılış mərasimində təqdim olunub

18 noyabr 2026-cı il tarixində Azərbaycan–özbək folklor əlaqələri çərçivəsində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, professor Bahrom Abduhalimovun videomüraciəti təqdim olunub.

Videomüraciətdə Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi, mədəni və mənəvi bağların qədim köklərə malik olduğunu vurğulayıb. O, İpək Yolunun bu əlaqələrin inkişafındakı roluna toxunaraq, Nizami Gəncəvi, Əlişir Nəvai, Mirzə Uluqbəy və Məhəmməd Füzuli kimi görkəmli şəxsiyyətlərin irsinin xalqlarımız arasındakı mənəvi yaxınlığı əks etdirdiyini qeyd edib. “Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Koroğlu” dastanlarını isə türk xalqlarının ortaq tarixi yaddaşını və folklor ənənələrini yaşadan mühüm nümunələr kimi səciyyələndirib.

Bahrom Abduhalimov Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə yeni inkişaf mərhələsinə yüksəldiyini, dövlət başçıları arasında qarşılıqlı etimadın elmi və mədəni əməkdaşlıq üçün də geniş imkanlar yaratdığını bildirib. Konfransın ortaq folklor irsinin müqayisəli tədqiqi, folklor materiallarının və arxivlərin birgə araşdırılması, elmi nəşrlərin hazırlanması və gənc alimlər arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, ortaq mədəni irsin öyrənilməsini və gələcək nəsillərə çatdırılmasını alimlərin mənəvi məsuliyyəti kimi dəyərləndirərək konfrans iştirakçılarına uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: