Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.11.2026 13:00
  • A-
  • A
  • A+

Dosent Günel Məlikli Milli Müdafiə Universitetinin rektoru tərəfindən sertifikatla mükafatlandırılıb

Dosent Günel Məlikli Milli Müdafiə Universitetinin rektoru tərəfindən sertifikatla mükafatlandırılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Milli Müdafiə Universitetində (MMU) 8 Noyabr - Zəfər gününün 6-cı ildönümünə həsr olunmuş “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransında iştirak edib.

Alim konfransda “Hərbi sahə dövlət siyasətimizin çox mühüm sahəsidir” mövzusunda çıxış edib. Qeyd edib ki, dövlətimizin hərbi sahəyə dair işləyib hazırladığı və gerçəkləşdirdiyi siyasət kifayət qədər geniş və əhatəli olub, çoxaspektli xarakter daşıyır. Onun sözlərinə görə, ölkəmizdə hərbi sahənin gücləndirilməsində Ümummilli Lider Heydər Əliyevin və onun kursunu sədaqətlə və inamla həyata keçirən cənab Prezident İlham Əliyevin xidmətləri çox mühüm tarixi-ictimai əhəmiyyətə malikdir. O, Prezident İlham Əliyevin müdrik dövlət xadimi kimi Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksi yaratdığını söyləyib.

“2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi həllini tapmışdır. Bütün bunlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, gərgin əməyi nəticəsində şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur”, - deyə G.Məlikli vurğulayıb.

Alim Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov tərəfindən sertifikatla mükafatlandırılıb.

  • Paylaş: