Fransa Beynəlxalq Elmi Araşdırma Mərkəzinin nəşr etdirdiyi "Paleorient" jurnalının builki nömrəsində beynəlxalq tədqiqat qrupunda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin də olduğu Cənubi Qafqazın ən qədim Neolit yaşayış yerlərindən biri olan I Kültəpə yaşayış yerinin heyvan sümüklərinin izotop analizinin başa çatması ilə bağlı geniş məlumat verilib.
Qeyd edilib ki, analizlər I Kültəpədə xırdabuynuzlu qoyun və keçi cinslərinin üstünlük təşkil etdiyini, Kültəpə sakinlərinin dağətəyi yaylaqlardan istifadə etdiyini, digər heyvandar tayfalarla əlaqə saxladığını göstərir. Bununla belə, dəniz səviyyəsindən 2400 m yüksəklikdə yerləşən Osmantəpə Neolit məskəni tədqiqatçıların diqqətini çəkməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.