İraqda nəşr olunan “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü və tanınmış jurnalist, misirli tədqiqatçı Əhməd Tarabeik AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
Qonaqlar AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.
Görüşdə türkman-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, tarixi irsin öyrənilməsi, eyni zamanda Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin inkişaf etdirilməsi, müştərək layihələrin birgə icrası barədə söhbət aparılıb.
Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda çap olunmuş son kitablar barədə məlumat verib. Sabah Kərküklü bu kitablardan bəzilərinin tərcümə edərək İraqda nəşr etdirmək istəyini bildirib. Azərbaycanla bağlı olunmuş 4 kitabın, çoxsaylı məqalələrin müəllifi Əhməd Tarabeik bu sahədə tədqiqatlarından bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.