Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alim Səudiyyə Ərəbistanının nüfuzlu “Ukaz” qəzetinə müsahibə verib
09.10.2026 15:12
  • A-
  • A
  • A+

Şərqşünas alim Səudiyyə Ərəbistanının nüfuzlu “Ukaz” qəzetinə müsahibə verib

Səudiyyə Ərəbistanının nüfuzlu “Ukaz” qəzetində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlının Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəni əlaqələrə və ölkəmizdə ərəb dilinin tədrisinə dair müsahibəsi dərc edilib.

Müsahibədə ərəb dilinin Azərbaycanda öyrənilməsinin tarixindən danışan G.Qafqazlı bu gün ərəb ölkələri ilə əlaqlələrin genişlənməsi fonunda bu dilə tələbatın artdığını bildirib. Uzun illərdir ərəb dilini tədris edən və ərəb dili dərsliklərinin müəllifi olan şərqşünas alim Azərbaycanda bu dili öyrənən tələbələrin qarşılaşdıqları çətinliklərdən, Səudiyyə Ərəbistanının dilin tədrisinə göstərdiyi dəstəkdən bəhs edib. G.Qafqazlı Azərbaycanda ərəb dilini öyrənənlərin bu dilin daşıyıcıları ilə birbaşa ünsiyyətdə olmalarının vacibliyini qeyd edib.

Ərəbşünas alim iki ölkə arasında mədəni və dil əlaqələrinin möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb, öz təkliflərini irəli sürüb və bu sahədə tələbə və müəllim mübadiləsinin xüsusi əhəmiyyətini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: