Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin tədqiqi və elmi-tənqidi mətni” kitabı çapdan çıxıb
12.10.2026 15:28
  • A-
  • A
  • A+

“Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin tədqiqi və elmi-tənqidi mətni” kitabı çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlının “Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin tədqiqi və elmi-tənqidi mətni” kitabı çapdan çıxıb.

Kitab Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan iki əlyazma nüsxəsi əsasında hazırlanıb. 

Müəllif kitabın əvvəlində Şəmsəddin Sivasinin əsərinin Bakı nüsxələri barədə məlumat verilir. İlk olaraq “Gülşənabad” əsərində çiçək motivinə toxunulur. Kitabda əsərin dili təhlil edilir, türk mənşəli arxaik sözlərdən bəhs edilir, əsərdəki xəlvətilik təriqətinin izləri nəzərdən keçirilir.

Tədqiqatçə əsərin spesifik xüsusiyyətlərini qeyd edir, sufi ədəbiyyatında yerini göstərir. İ.Qasımlı həmçinin Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin Məhəmməd Füzulinin “Söhbətül-əsmar” və Şeyx İbrahim Gülşəninin “Gülşəni-abad” əsərləri ilə müqayisəli təhlilini aparır.

Tədqiqat hissəsindən sonra əvvəlcə Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin transfoneliterasiya olunaraq müasir Azərbaycan dilinə uyğunlaşdırılmış mətni, sonra isə elmi-tənqidi mətni təqdim edilir. Kitabda həmçinin əsərdəki türk mənşəli sözlərin lüğəti və ərəb-fars mənşəli sözlərin lüğəti, eləcə də göstəricilərin siyahısı verilir.

Sonda əsərin əlyazma nüsxəsinin fotofaksimelesi təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: