Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır
13.10.2026 15:46
  • A-
  • A
  • A+

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Son günlər bəzi məktəblərdə vahid geyim qaydaları ilə bağlı yayılan görüntülər və sosial şəbəkələrdəki aqressiv müzakirələr cəmiyyətdə narahatlıq doğurur. Yaranmış vəziyyətdə emosiyalara qapılmadan qanunlara hörmət, qarşılıqlı anlaşma və ictimai asayişin qorunması əsas götürülməlidir.

Bu fikirləri açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əbədi Turan Kitab Fondunun sədri filologiya elmləri doktoru Esmira Fuad bildirib.

Alim qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və dövlətçiliyin əsas prinsiplərinə hörmət hər bir vətəndaşın məsuliyyətidir. Suverenlik və müstəqillik dövlətçiliyimizin təməlidir. Qanunun aliliyinin qorunmadığı cəmiyyətdə sağlam ictimai münasibətlərin formalaşdırılması çətinləşir. Buna görə də hər kəs məktəbin, təhsilin və uşaqların gələcəyinin yanında olmalı, yaranmış məsələlərin qanun çərçivəsində həllinə dəstək verməlidir. Azərbaycan tolerantlıq ənənələrinə malik ölkədir. Dini inanclara hörmətlə yanaşmaqla yanaşı, dövlətin dünyəvi xarakterini və qanunvericiliyin tələblərini də qorumaq lazımdır.

O əlavə edib ki, radikal çağırışlardan və aqressiv davranışlardan uzaq durmaq, ölkənin gələcəyini daha geniş prizmadan qiymətləndirmək vacibdir. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi zamanı əsas məqsəd təhsil mühitində nizam-intizamı, şagirdlər arasında bərabərliyi və ümumi qaydalara riayət olunmasını təmin etməkdir.

Esmira Fuad vurğulayıb ki, Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi xalqımızın ən böyük nailiyyətlərindəndir. Dövlətçilik prinsiplərinin qorunması, qanunun aliliyinə hörmət və uşaqların sağlam mühitdə təhsil alması cəmiyyətin ortaq məsuliyyətidir.

AzərTac

  • Paylaş: