Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivindən əldə edilmiş sənədlər əsasında “XIX-XX əsrin əvvəllərinə aid Naxçıvan tarixi ilə bağlı arxiv sənədləri (II hissə)” adlı kitab çap olunub.
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə edilən nəşrin elmi redaktoru və ön sözünün müəllifi tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov, tərtibçiləri isə tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev və Yaşar Rəhimovdur.
Sənədlər toplusunda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının XIX-XX əsrin əvvəllərinə aid ictimai-siyasi tarixi, iqtisadi həyatı, əhalisi və tarixi coğrafiyası ilə bağlı sənədlərin əsli (fotosu) verilib.
Yeni nəşr tədqiqatçılar, magistrantlar, doktorantlar və ümumiyyətlə Naxçıvan tarixini araşdıranlar üçün dəyərli mənbə rolunu oynayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.