Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzin əməkdaşı AzTv-yə Arılıqbinə məbəd kompleksi ilə bağlı müsahibə verib
14.10.2026 14:41
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzin əməkdaşı AzTv-yə Arılıqbinə məbəd kompleksi ilə bağlı müsahibə verib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli AzTv-yə müsahibə verib.

O, Balakən rayonunun Arılıqbinə kəndi ərazisində yerləşən Arılıqbinə məbəd kompleksindən bəhs edərək, bu kompleksin Azərbaycanın qədim tarixi-mədəni irs nümunələrindən biri olduğunu bildirib.

Qeyd olunub ki, V-IX əsrlərə aid edilən və təxminən dörd hektar sahəni əhatə edən Arılıqbinə məbəd kompleksi bölgənin siyasi həyatında mühüm rol oynayıb. Burada şəhər memarlığının, Alban məbəd memarlığının bütün elementləri görünür. Qoruma divarları salamat qalmış abidənin altında daha qədim dövrlərə, I-V əsrlərə aid daha bir Alban məbədinin olduğu güman edilir.

Akif Məmmədli Arılıqbinə məbəd kompleksinin sirlərinin açılması üçün əhatəli tədqiqatların aparılmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: