Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi Q4 kvartilli jurnalda dərc olunub
15.10.2026 10:18
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi Q4 kvartilli jurnalda dərc olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti PHŞ tabeliyində Polimer Materialları İnstitutunun Heterotsiklik monomerlər  laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova və laboratoriyanın əməkdaşları – aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Aynur Qarayeva, elmi işçilər – Şəhla Şeydayeva, Gülnur Məmmədova, Şəhla Nağıyeva və Lamiyə Hacıyevanın həmmüəllifi olduqları məqalə Q4 kvartilli “Russian Journal of Organic Chemistry” jurnalında (ISSN 1608-3393, çap ISSN isə 1070-4280,  June 2026. – Vol. 62, № 4, p.84 https://doi.org/10.1134/S1070428026600373) dərc olunub.

“Etil 6-alkil-4-(xlorometil)-2-metilpiridin-3-karboksilatın bəzi azot nukleofilləri ilə reaksiyaları əsasında yeni pirrolo[3,4-c]piridin törəmələrinin sintezi” (Synthesis of New Pyrrolo[3,4-c]pyridine Derivatives by Reactions of  Ethyl 6-Alkyl-4-(chloromethyl)-2-methylpyridine-3-carboxylate with Some Nitrogen Nucleophiles) adlı məqalədə  yeni heterotsiklik birləşmələrin, xüsusilə pirrolo [3,4-c]piridin törəmələrinin sintezindən bəhs edilib. Tədqiqatın əsas məqsədi funksionaləvəzli piridin törəmələrinin müxtəlif azot nukleofilləri ilə məqsədyönlü qarşılıqlı təsiri əsasında yeni heterotsiklik sistemlərin alınması imkanlarının müəyyənləşdirilməsidir. Başlanğıc maddə kimi etil 6-alkil-4-(xlorometil)-2-metilpiridin-3-karboksilatlar istifadə edilib və onların müxtəlif azot nukleofilləri ilə reaksiyaları öyrənilib. Aparılan çevrilmələr nəticəsində pirrolo[3,4-c]piridin nüvəsi daşıyan yeni heterotsiklik törəmələr alınıb. Tədqiqat nəticələri ilkin piridin quruluşunun funksionallaşdırılması və intramolekulyar heterotsiklləşmə istiqamətində səmərəli sintetik yanaşmanın mümkünlüyünü göstərib. Alınan yeni birləşmələrin quruluşları müasir fiziki-kimyəvi və spektroskopik üsullardan istifadə edilməklə təsdiqlənib.

Qeyd edək ki,  impakt faktor göstəricisi 0.8-ə, SJR reytinq göstəricisi isə 0.187-ə bərabər olan jurnal Springer Nature nəşriyyat platformasında yayımlanır, Web of Science-ın Science Citation Index Expanded (SCIE) və Scopus beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxildir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: