Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.10.2026 15:00
  • A-
  • A
  • A+

Özbəkistanın Qarşı şəhərində Özbəkistan-Azərbaycan dostluq mərkəzi açılıb

Özbəkistanın Qarşı şəhərində Özbəkistan-Azərbaycan dostluq mərkəzi açılıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təklifi ilə Özbəkistanın Qarşı şəhərində fəaliyyət göstərən Asiya Texnologiyalar Universitetində Özbəkistan-Azərbaycan dostluq mərkəzi açılıb.

Mərkəzin açılışında Asiya Texnologiyalar Universitetinin rektoru, Özbəkistan Respublikası Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlər Komitəsinin Dostluq Cəmiyyətləri və Qardaş Regionlarla Əməkdaşlıq şöbəsinin müdiri Abdumalikxon Urakov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri Gülnar Qəmbərova, İlhamə Ağazadə, Səadət Bayramova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rektoru professor Yusif Alıyev, Azərbaycan Yazıçılar  Birliyinin mətbuat katibi, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza, azərbaycanlı alim və şair Bəhruz Niftəliyev, türkiyəli alim və şair Mahmut Özkoca və başqaları iştirak edib.  

Təntənəli açılış mərasimində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova Asiya Texnologiyaları Universitetinin nəzdindəki Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri təyin edilib. O qeyd edib ki, bu mərkəzin təşkili Azərbaycan və Özbəkistan ortaq milli köklərinin, milli dəyərlərin təbliği məsələsində hər iki ölkə gənclərinin münasibətlərinin birgə inkişafına daha geniş vüsət verəcəkdir.

  • Paylaş: