Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.10.2026 16:45
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşları Özbəkistanda beynəlxalq elmi konfransda iştirak ediblər

Ədəbiyyat İnstitutunun əməkdaşları Özbəkistanda beynəlxalq elmi konfransda iştirak ediblər

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Özbəkistanın Qarşı şəhərində fəaliyyət göstərən Asiya Texnologiyalar Universitetində beynəlxalq elmi konfransda iştirak ediblər.

“Özbəkistan-Azərbaycan elmi və mədəni əlaqələri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycan arasında elmi, təhsil və mədəni əməkdaşlığın inkişafına, iki xalqın zəngin tarixi irsinə və milli dəyərlərinə, eləcə də təhsil və elm sahələrində əlaqələrin daha da möhkəmləndirilməsinə diqqət yetirilib.

Konfransda Asiya Texnologiyalar Universitetinin rektoru Laçın Rahmanov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçiləri -  Özbəkistan - Azərbaycan dostluq mərkəzinin direktoru, türkoloq-alim Aytən Qurbanova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosentləri Gülnar Qəmbərova, İlhamə Ağazadə, Səadət Bayramova, Qarşı Dövlət Texniki Universitetinin professoru, tarix elmləri doktoru, Özbəkistan Qadınlar Birliyinin “Olima” regional bölməsinin sədri, regional şuranın deputatı Yulduz Erqaşeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rektoru, professor Yusif Alıyev və başqaları iştirak ediblər.

Tədbir iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni səviyyəyə qaldırılmasında, elmi təcrübə mübadiləsinin aparılmasında və beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm rol oynayıb.

  • Paylaş: